Avstriyada Müsəlmanlara qarşı layihə

Avstriyalı Müsəlmanlar Təşəbbüsü Təşkilatı müsəlmanların bəzi hüquqlarını məhdudlaşdıran İslam Qanunu layihəsinin yenidən müzakirə edilməsini istəyib.

181621
Avstriyada Müsəlmanlara qarşı layihə

Avstriyalı Müsəlmanlar Təşəbbüsü Təşkilatı müsəlmanların bəzi hüquqlarını məhdudlaşdıran İslam Qanunu layihəsinin yenidən müzakirə edilməsini istəyib.
Avstriyada doğulub böyüyən və sonradan müsəlman olanlar tərəfindən qurulan "Avstriyalı Müsəlmanlar Təşəbbüsü", ötən gün mətbuat konfransı təşkil edərək "İslam Qanunu" layihəsi ilə bağlı fikirlərini açıqlayıb.
Təşkilat üzvlərindən Sabrina Fuchs, Avstriyalı olaraq dünyaya gəldiklərini və illərcə İslamı araşdırdıqdan sonra müsəlman olduqlarını ifadə edərək, layihədə müsəlmanların azadlıqlarının məhdudlaşdırıldığını söyləyib. İslam qanunu ilə inteqrasiya siyasətinin bir-birindən ayrılmasını istəyən Fuchs, "Bizlər həm İslamiyyəti həm də Avstriya mədəniyyətini bir qəlbdə daşıyırıq" deyib.
Koalisiya hökuməti tərəfindən 2 oktyabrda Məclisə göndərilən "İslam Qanunu" layihəsində müsəlmanların din azadlığı, təşkilatlanma azadlığı və bərabərlik hüquqlarına maneə törədilir. Layihədə tənqidə aid maddələrin əsasını ölkə xaricindən maliyyə qadağası təşkil edir. Buna görə, məscidlər və dərnəklər ölkə xaricindən yardım almayacaq. Qanuna görə, üzvlərin sayı 300-dən az olan məscidlər 6 ay içində bağlanılacaq, Vyana Universitetində qurulacaq İslam Teologiya Fakultəsindǝn məzun olanlar imam ola biləcək, dini qaynaqları Alman dilində təqdim etmək məcburiyyətində qalacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr