İsrail, Qüdsdə daha 500 yeni mənzil inşa etdirir

Xəbərə görə komitənin ötən günkü toplantısında Qüdsün Şufat bölgǝsindǝ Ramat Şlomo yaşayış məntəqəsində inşa olunacaq 500 yeni mənzilin tikintisi təsdiqlənib.

180110
İsrail, Qüdsdə daha 500 yeni mənzil inşa etdirir

İsrail, Qüdsdə daha 500 yeni mənzil inşa etdirir.

İsrailin “Yedioth Ahronot” qəzetinin xəbərinə görə komitənin ötən günkü toplantısında Qüdsün Şufat bölgǝsindǝ Ramat Şlomo yaşayış məntəqəsində inşa olunacaq 500 yeni mənzilin tikintisi təsdiqlənib.
Xəbərdə ayrıca, təsdiqlənən 500 mənzilin 600 mənzillik plana əlavə olunacağı yazılır.
Baş nazir Binyamin Netanyahu, ötən həftə Şufat bölgǝsindǝ Ramat Şlomo yaşayış məntəqəsində 660 və Əbu Güneym Dağındakı Har Homada min 60 yeni yaşayış vahidinin inşasını təsdiq edib.
İsrail rəhbərliyi, 2010-ci ildə ABŞ-ın vitse prezdenti Co Baydenin bölgəyə səfəri zamanı min 600 mənzillik layihəni açıqlamışdı. ABŞ-ın sərt reaksiyasından sonra layihədən imtina edən İsrail, 2012-ci ildə BMT-nin Baş Kabinetində Fələstinə müşahidəçi statusu verilməsindən sonra layihəni yenidən hazırlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr