Malaladan 50 min dollar hədiyyə

Nobel Sülh Mükafatının sahibi 17 yaşlı Malala Yusufzay, Qəzzaya 50 min dollar bağışlayıb.

174253
Malaladan 50 min dollar hədiyyə

Nobel Sülh Mükafatının sahibi 17 yaşlı Malala Yusufzay, Qəzzaya 50 min dollar bağışlayıb. “Dünya Uşaqları Mükafatına” layiq görülən Malala Yusufzay, pul mükafatını Qəzzadakı şagirdlərə bağışlayıb. 50 min dollarlıq hədiyyə, BMT-nin Fələstinli qaçqınlara yardım quruluşunun xətti ilə Qəzzadakı 65 məktəbin yenidən inşası üçün istifadə ediləcək. Xatırladaq ki, Malalan Yusufzay, Hindistanlı uşaq hüquqları müdafiəçisi Kialaş Satyarthi ilə bərabər Nobel Sülh Mükafatına layiq görülmüşdü. Pakistanlı Malalan Yusufzay, 2012 oktyabr 9-da məktəbə getmək üçün mindiyi avtobusda hücuma məruz qalmışdı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr