"Ukraynada seçkilər atəşkəsi təhlükəyə ata bilər"

Petro Poroşenko, "qondarma seçkilər, Donbasdakı atəşkəsi təhlükə altına qoya bilər” deyib.

173938
"Ukraynada seçkilər atəşkəsi təhlükəyə ata bilər"

Ukrayna Dövlət Başçısı Petro Poroşenko, "qondarma seçkilər, Donbasdakı atəşkəsi təhlükə altına qoya bilər” deyib. Prezidentin mətbuat xidmətindən verilən açıqlamada Poroşenkonun, ABŞ Senatı Silahlı Xidmətlər Komitəsinin həmsədri senator Ceyms Inhofe ilə görüşündən sonra bu barədə məlumat yayıldığı bildirilir. Poroşenko, şərqdəki Rusiya tərəfdarlarının yaratdığı "Donetsk və Luqansk Xalq Cumhuriyyətlərində noyabrın 2-də keçiriləcək sözdə seçkilərin, tərəflər arasında Minskdə təmin olunan atəşkəs müddətinin təhlükəyə atacağını söyləyib. Poroşenko, bunun Minsk protokolu ilə uyğun gəlmədiyini, həmçinin ona zidd olduğunu ifadə edib. Poroşenko, şərqdəki bəzi bölgələrdə keçiriləcək seçkilərin yalnız Ukrayna qanunları çərçivəsində edilə biləcəyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr