ABŞ-da karantin böhranı

Karantinə alınan bir tibb bacısı, hökumətə dava açacağını açıqlayıb.

172129
ABŞ-da karantin böhranı

Birləşmiş Ştatlarda Ebola virusuna yoluxduğu şübhəsi ilə karantinə alınan bir tibb bacısı, hökumətə dava açacağını açıqlayıb. Tibb bacısı, bunu “insanlıqdan kənar” adlandırıb.
Kaçi Hickox adlı tibb bacısı, Qərbi Afrikadan qayıdarkən cümə günü Nyu Cersidə nəzarətə götürülüb.
Sağlam olduğunu və xəstələri müayinə etməsinə baxmayaraq virusa yoluxmadığını deyən edən tibb bacısı, telefonla CNN-ə verdiyi müsahibəsində nəzarəti insanlıqdan kənar olaraq qiymətləndirib. Tibb bacısının vəkili federal rəhbərliyə dava açacağını bildirib. Birləşmiş Ştatlar Nyu Cersi, Nyu York ştatlarında Qərbi Afrikadan qayıdan tibb personalına 21 gün karantin, Florida ştatında isə 21 gün, gündə 2 dəfə həkim müayinəsi şərti qoyub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr