Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

450 yerlik Ali radanın deputatlarının yarısı proprsional, yarısı isə majoritar qaydada seçiləcək.

171233
Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir

450 yerlik Ali radanın deputatlarının yarısı proprsional, yarısı isə majoritar qaydada seçiləcək. Yanvar ayından indiyədək hadisələrin cərəyan etdiyi Ukraynanın şərqindəki 15 bölgəsində seçki keçirilməyəcək. Yaranməş vəziyyətlə əlaqədar Donetsk vilayətindəki 21 dairədən 9-da və Luqansk vilayətindəki 11 dairədən 6-da seçkilər baş tutmayacaq. Bu isə 4 milayondan artıq seçicinin seçkidə iştirak edə bilməməsi deməkdir. 29 siyasi partiyanın iştirak edəcəyi seçkilərdə “Petro Poroşenko Bloku”, Baş nazir Arseniy Yatsenyukun başçılıq etdiyi, Məclis Başçısı Aleksandr Turçinov, Daxili İşlər naziri Arsen Avakov və şərqdəki silahlı qarşıdurmalarda iştirak edən xeyli sayda hərbi komandirin millət vəkili namizədi olduğu Xalq Cəbhəsi Partiyasının da seçkilərdə qalib gəlməsi gözlənilir. Seçkinin nəticələri oktyabrın 29-30-da açıqlanacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr