ABŞ-da bir mǝktǝbdǝ yenǝ silahlı hücum olub

Hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

169945
ABŞ-da bir mǝktǝbdǝ yenǝ silahlı hücum olub

Polis Vaşinqton ştatının Merisvil şəhərində orta məktəbdə atəş açan şəxsin bu 14 yaşlı Ceylin Frayberq olduğunu açıqlayıb.
Qeyd edək ki, tapança ilə silahlanmış Frayberq məktəb yeməkxanasına daxil olaraq oradakı şagirdlərə atəş açıb. Hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Cinayətkarın özü isə özünü güllələyərək intihar edib.
Üç yaralının – 2 qız və 1 oğlanın vəziyyəti olduqca ağırdır. Dördüncü yaralının vəziyyəti nisbətən normaldır.
Məlumata görə, atəş açan yeniyetmənin yaxınları onun bacarıqlı və iddialı şagird, məktəbin liderləri sırasında olduğunu bildiriblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr