ABŞ, silahların İŞİDİN әlinә keçdiyini tәsdiqlәyib

Hərbi yardım bağlamaların İŞİD-in əlinə keçdiyinә dair mәlumatı tәsdiq edilib.

167721
ABŞ, silahların  İŞİDİN  әlinә  keçdiyini  tәsdiqlәyib

ABŞ Müdafiə Nazirliyi, Kobanidәki Suriyalı kürdlərə havadan endirilәn hərbi yardım bağlamalardan birinin İŞİD-in əlinə keçdiyinә dair mәlumatı tәsdiq edib.
Mərkəzi Qüvvətlər Komandirliyindən daha əvvəl verilәn açıqlamada İŞİD-in nәzarәtindәki bölgəyə düşən bir bağlamanın mәhv edildiyi bildirilmişdi.
Pentaqon nümayәndәsi Polkovnik Steve Warren, əvvəlki gün hədəfi çaşan bir bağlamanın məhv edildiyinin açıqlandığını xatırladaraq, hadisənin ardından yardımların bir dəfə daha nəzərdən keçirildiyini söylədi.
Araşdırma nəticəsində səhv yerə düşən ikinci bir bağlamanın İŞİD-in əlinə keçdiyinin aşkarlandığı qeyd edilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr