Ukrayna və Rusiyada qaz problemi

Ukrayna və Rusiya arasındakı qaz probleminin hәlli ilә bağlı danışıqlar davam edir.

164133
Ukrayna və Rusiyada qaz problemi

Ukrayna və Rusiya arasındakı təbii qaz probleminin həlli üçün 2 ölkə liderləri arasında ötən həftənin cümə günü əldə edilən razılaşmanın keçmiş borc miqdarı problemi həll ediləcəyi halda sabah imzalanması gözlənilir.
Razılaşmanın imzalanması ilә Avropanın qışda soyuqda qalma qorxusu aradan qaldırılmış olacaq. Ukrayna Dövlət Başçısı Petro Poroşenkonun verdiyi məlumata görə hər iki ölkə 1000 kubmetr təbii qazın qiymətinin 385 dollar olması mövzusunda razılaşıb. Ukrayna keçən il təbii qazın 1000 kubmetrinə 413 dollar ödəmişdi. Yeni rəqəmin Rusiyanın digər Avropalı müştərilərinə tətbiq etdiyi rəqəmə yaxın olduğu bildirilir. Ukrayna yaz aylarında Rusiyanın qiyməti 325 dollara salmasını istəyir. Rusiya mart ayının sonuna qədər daşınmanı azaltmaması barədə zəmanət də verib. Qarşılıqlı razılaşmaya baxmayaraq Ukraynanın Rusiyaya olan keçmiş təbii qaz borcu mövzusundakı anlaşılmazlıq davam edir. Bundan sonra 2 ölkə qiymət üçün yenə də danışıqlar masasına oturacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr