Qeyri-daimi 10 üzvdǝn 5-i üçün keçirilǝn sǝsvermǝ

BMT Tǝhlükǝsizlik Şurasının qeyri-daimi 10 üzvündǝn 5-i üçün keçirilǝn sǝsvermǝ nǝticǝlǝndi.

159951
Qeyri-daimi 10 üzvdǝn 5-i üçün keçirilǝn sǝsvermǝ

BMT Tǝhlükǝsizlik Şurasının qeyri-daimi 10 üzvündǝn 5-i üçün keçirilǝn sǝsvermǝ nǝticǝlǝndi.
Buna görǝ İspaniya 2015-2016-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu, “Biz sǝs toplama qayğısı ilǝ prinsiplǝrimizdǝn vǝ mövqeyimizdǝn güzǝştǝ getmǝdik” deyib.
BMT Təhlükəsizlik Şurasının “Qərbi Avropa və digər dövlətlər” qrupunda 2 yer uğrunda mübarizə Türkiyə, Yeni Zelandiya və İspaniya arasında aparılıb. Yeni Zelandiya birinci raunda lazımi səs toplayaraq TŞ üzvü seçilib. Türkiyə və İspaniya isə BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib və bu səbəbdən əlavə iki dəfə səsvermə keçirilib.
Gizli keçirilən səsvermənin üçüncü raundunun nəticələrinə əsasən, İspaniya BMT üzvü olan 193 ölkənin 132 səsini toplayıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün minimum 128 səs toplamaq tələb olunub.
Bundan əvvəl Anqola, Venesuela, Malayziya və Yeni Zelandiya 2015-2016-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Yeni seçilmiş TŞ üzvləri iki il əvvəl seçilmiş Avstraliya, Argentina, Lüksemburq, Cənubi Koreya və Ruandanı əvəzləyəcək. İordaniya, Litva, Nigeriya, Çad və Çili isə 2015-ci ilin sonunadək BMT Təhlükəsizlik Şurasının tərkibində qalacaqlar.

 

 



Etiketlәr:

Әlaqәli Xәbәrlәr