İran və "altılıq" ölkələri arasında danışıqlar

İran və “altılıq” ölkələri arasında danışıqlarda irǝlilǝyiş olub, lakin razılaşma noyabrın 24-də əldə oluna bilər.

160038
İran və "altılıq" ölkələri arasında danışıqlar

İran və “altılıq” ölkələri arasında danışıqlarda irǝlilǝyiş olub, lakin razılaşma noyabrın 24-də əldə oluna bilər.
İran Xarici İşlǝr naziri Cavad Zǝrif ilǝ ABŞ Dövlǝt Katibi Con Kerry arasında 6 saat davam edǝn görüşdǝn sonra mǝtbuata açıqlama verǝn Cavad Zǝrif bildirib ki, kritik müzakirǝlǝr keçirdik, ancaq artıq sadǝcǝ problemlǝrdǝn yox onların hǝlli yollarından da danışmağa başladıq.
İran Xarici İşlǝr naziri, 3-4 hǝftǝ ǝrzindǝ Avropa İttifaqının rǝsmisi Ketrin Eşton vǝ Con Kerry ilǝ yenidǝn bir araya gǝlǝcǝk.

Tǝrǝflǝrin 24 noyabr tarixini uzatmağa niyyǝtlǝrinin olmadığı barǝdǝ açıqlamalar yayılır.
Bu barədə Vyanada sona çatmış danışıqların yekunlarına dair Eştonun mətbuat katibi Maykl Mann bildirib. “Biz irəliləyişə və əvvəlki kimi, noyabrın 24-nədǝk əhatəli razılaşma ǝldǝ olunması üçün sǝy göstǝririk”, deyə Mann vurğulayıb.
Onun sözlərinə görə, “İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik səylər kritik mərhələni keçir”.
Müzakirǝlǝrdǝ ǝn kirik nöqtǝni, İranın uran zǝnginlǝşdirmǝ gücünün necǝ mǝhdud edilǝ bilǝcǝyi vǝ sanksiyalara hansı sǝviyyǝdǝ son qoyulacağı tǝşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr