Fələstin rəhbərliyi,BMT Təhlükəsizlik Şurasından dəstək istəyir

Fələstin rəhbərliyi, İsrailə problemin həlli üçün 2016-ci ilin sonuna qədər vaxt verməsini nəzərdə tutan qanun layihəsinə BMT Təhlükəsizlik Şurasından dəstək istəyir.

160188
Fələstin rəhbərliyi,BMT Təhlükəsizlik Şurasından dəstək istəyir

Fələstin rəhbərliyi, İsrailə problemin həlli üçün 2016-ci ilin sonuna qədər vaxt verməsini nəzərdə tutan qanun layihəsinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından dəstək istəyir.
Fələstinli səlahiyyətlilər qərarın qəbul edilə bilməsi üçün daha 2 səsə ehtiyac duyulduğunu deyirlər. Bildirilir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 7-si layihəni dəstəkləyir.
Layihənin qəbul edilməsi üçün 9 üzvün səs verməsi və daimi üzvlərin veto etməməsi lazımdır. Fələstinlilər Fransa və Lüksemburqun da yaxın zamanlarda layihəni dəstəkləyəcəyinə ümid edirlər.
Layihə İsrailə işğal altındakı torpaqlardan çəkilməsi üçün 2016 –cı ilin noyabrına qədər müddət verməsini, Fələstin dövlətinin tanınmasını nəzərdə tutur.
Amerika Birləşmiş Ştatları layihəni veto etsə belə, 9 səsin qazanılması Fələstinlilər üçün zəfər olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr