Ebola təhlükəsi səbəbi ilə bəzi məktəblərdə tətil elan edilib

Amerika Birləşmiş Ştatlarında Ebola təhlükəsi səbəbi ilə 2 ştatın bəzi məktəblərində tətil elan edilib.

159962
Ebola təhlükəsi səbəbi ilə bəzi məktəblərdə tətil elan edilib

Amerika Birləşmiş Ştatlarında Ebola təhlükəsi səbəbi ilə 2 ştatın bəzi məktəblərində tətil elan edilib.
Ohayo ştatında Ebolaya yoluxan tibb bacısı ilə təmasda olan 7 nəfər karantin altına alınıb. Birləşmiş Ştatlarda daha bir nəfərdə də virusa rast gəlinməsi ölkədə həyəcan təbili çaldırıb.
Müalicə altına alınan hər iki nəfər Dallasda ölən Liberiyalı Ebola xəstəsinə baxan tibb bacılarıdır. Onlardan birinin vəziyyəti Texas- Ohayo Ştatı arasında təyyarə səyahəti zamanı ağırlaşıb. Səlahiyyətlilər təyyarədəki 132 nəfəri də nəzarətə götürüb. Hər iki Ştatda səyahət əsnasında tibb bacısı ilə eyni təyyarədə olan tələbələrin getdiyi 5 məktəbdə tətil elan edilib. Məktəb və xidmət vasitələri dezinfeksiya olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr