BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü bu gün bәlli olacaq

BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün səsvermə keçirilir.

159288
BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü bu gün bәlli olacaq

BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün səsvermə
Bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün səsvermə başlayır. Səsvermə öncəsi Türkiyə Dominikan Respublikası da daxil olmaqla Avstraliyadan İslandiyayadək tək-tək danışıqlar apararaq səs toplayacaq. 5 il əvvəl də qurumun müvəqqəti üzvlüyünə namizəd olan və yarışı qazanan Türkiyənin məqsədi dünya siyasətini formalaşdıran bu masada olmaqdır. Bölgədə yaşanan kritik olaylar səbəbindən Türkiyənin Təhlükəsizlik Şurası müvəqqəti üzvlüyünə yenidən namizədliyi zərurətini yaradıb. Son dövrdə bu istiqamətdə çoxsaylı danışıqlar aparan xarici işlər naziri Mövlud Çavuşoğlu "Türkiyənin beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatının nəzdində oynadığı rolun hər kəs fərqindədir" deyə bildirib.
Səsvermə saat 18.00-də baş tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr