ABŞ-da kritik İŞİD yığıncağı

ABŞ vǝ 21 koalisiya ölkǝsinin hǝrbi liderlǝri, İŞİD-ǝ qarşı mübarizǝni müzakirǝ etmǝk mǝqsǝdi ilǝ Vaşinqtonda yığıncaq keçirib.

157238
ABŞ-da kritik İŞİD yığıncağı

ABŞ vǝ 21 koalisiya ölkǝsinin hǝrbi liderlǝri, İŞİD-ǝ qarşı mübarizǝni müzakirǝ etmǝk mǝqsǝdi ilǝ Vaşinqtonda yığıncaq keçirib.
Toplantıya qatılan hǝrbi liderlǝrin, kampaniyanın hǝrbi cǝhǝtinin ǝldǝ edilǝcǝk nailiyyǝtǝ dayaq olacağına diqqǝt çǝkdiyi, ancaq sadǝcǝ bunun mübarizǝdǝ kiyafǝtli olmayacağını dilǝ gǝtirdiklǝri bildirilib.
ABŞ prezidenti Barak Obamanın da bir hissǝsinǝ qatıldığı toplantıya Andrev Hǝrbi bazası ev sahibliyi edib.
Toplantıdan sonra ABŞ Baş Qǝrargah rǝisi general Martin Dempsey Türkiyǝ adına toplantıya qatılan Baş Qǝrargahın Hǝrǝkat İdarǝsinin sǝdri general Әrdal Öztürk ilǝ bir müddǝt görüş keçirib.
Pentaqon rǝsmilǝrinin mǝlumatına görǝ, ABŞ-ın rəhbərliyi altındakı beynǝlxalq koalisiyanın hǝrbi liderlǝri, “İŞİD tǝhdidinǝ qarşı hava vǝ müǝyyǝn sahǝlǝrdǝn hǝyata keçirilǝn mübarizǝyǝ dair kampaniyaların inteqrasiyası vǝ vacib olan qaynaqların ǝldǝ edilmǝsi” kimi mövzularda ǝtraflı razılıq ǝldǝ etmǝk üçün bir araya gǝlib.
Hǝrbi liderlǝrǝ görǝ, İŞİD-ǝ qarşı mübarizǝ kampaniyasının hǝrbi cǝhǝti tək başına uğurlu ola bilmǝyǝcǝk, ancaq koalisiyanın hǝrbi gücü bu mübarizǝnin uğurlu olmasına dǝstǝk olacaqdır.
Hǝrbi liderlǝrin, İŞİD ilǝ mübarizǝdǝ irǝlilǝyiş olması üçün prosesdǝ iştirak edǝn hökumǝtlǝrǝ tövsiyǝlǝr etmǝ, hǝr ölkǝnin gücünǝ ǝn uyğun dǝstǝyi vermǝsi vǝ ǝmǝliyyatın hǝyata keçirilmǝsi barǝdǝ razılıq ǝldǝ etdiyi dǝ bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr