Con Kerry: "Kobani koalisiyanın strateji hədəfi deyil"

Con Kerry Kobanidə yaşanan hadisələrdən narahatlıq duyduqlarını bildirib.

154538
Con Kerry: "Kobani koalisiyanın strateji hədəfi deyil"

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəhbəri Con Kerry Kobanidə yaşanan hadisələrdən narahatlıq duyduqlarını, lakin Kobaninin koalisiyanın strateji hədəfi olmadığını, İŞİD ilə döyüşdə prioritetin İraqa verilməsinin lazım olduğunu söyləyib. İŞİD-ə qarşı koalisiyanı bütünlüklə hərəkətə keçirməyin zaman alacağını ifadə edən Kerry "koalisiya ortaq strategiya nümayiş etdirdikcə, miqyasını artırdıqca İŞİD təcrid olacaq. Amma ən nəhayət ölkələrini geri almaq üçün İŞİD-lə döyüşəcək olan İraqlılardır" deyib. Kerry "Kobanidəki durumlardan narahatıq, amma əsas prioritetimiz İraqdır” deyə bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr