ABŞ-ın Əsədlǝ bağlı ziddiyyətli açıqlamaları

Sözcü Psaki, "mövqeyimiz dəyişmədi. Mǝrkǝzdǝ hələ də İŞİD var" deyib.

150268
ABŞ-ın Əsədlǝ bağlı ziddiyyətli açıqlamaları

Baş nazir Əhməd Davudoğlunun CNN Internationalın məşhur xəbər aparıcısı Christiane Amanpoura verdiyi müsahibǝdǝ, "Əgər Əsəd rejimi hədəf alınsa, Türkiyə Suriyaya ordu göndərə bilǝr" sözlərinə Amerika Birləşmiş Ştatlarının Dövlǝt Departamenti cavab verib.
Sözcü Jen Psaki, "mövqeyimiz dəyişmədi. Mǝrkǝzdǝ hələ də İŞİD var" deyib.
Türk liderlərin koalisiyada daha aktiv və qabaqçıl bir rol götürmǝk istədiklərini söylədiklərini xatırladan Psaki, bu rolun nə olduğuna dair onlarla görüşdüklərini söylǝyib.
Ancaq Psakinin sözləri, Amerika prezidenti Obamanın daha əvvəl verdiyi bǝyanatlara ziddir.
Obama "Suriyanı Əsədin hakimiyyǝtinǝ buraxmayacayıq" deyǝ bildirmişdi.
Psakiyǝ, Dövlǝt başçısı Ərdoğanın Suriya sərhədində tǝhlükǝsiz bölgə olmayacağı halda Türkiyənin koalisiya üzvü olmayacağına dair açıqlaması da xatırladılıb.
Ərdoğanın açıqlamaları barǝdǝ mǝlumatları olduğunu ifadə edən Psaki, "Bu görüşlərimizdə koalisyadakı tərəfdaşlarla nə rol götürǝ bileceklerine və ehtiyaclarına dair danıqlarımız davam edəcək. Hələlik uçuşa qadağan bölgə və ya tǝhlükǝsiz bölgə haqqında nəyin düşünüldüyü və düşünülmədiyi mövzusunda heç nǝ dəyişmədi" deyib.
Psaki, Co Baydının Dövlǝt başçısı Ərdoğandan üzr istǝmǝsi ilə əlaqədar olaraq da "Bizim hər hansı bir ölkənin İŞİD-i dəstəklədiyinə dair dəlilimiz yoxdur" deyǝ bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr