Mun Netanyahu ilə görüşüb

Görüşdə Qəzzadakı son vəziyyət qiymətləndirilib.

145413
Mun Netanyahu ilə görüşüb

BMT-nin Baş katibi Pan Gi Mun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə Qəzzadakı son vəziyyət qiymətləndirilib.
Baş katib bölgədə problemin təməllərinin həll edilməsi üçün Qəzzaya tətbiq olunan mühasirənin qaldırılması və İsrailin "qanuni təhlükəsizlik qayğılarına" əməl etməsini istəyib.
Pan Gi Mun Qəzzaya inşaat vəsaitlərinin daxil olması üçün İsrail, Fələstin və BMT arasındakı razılaşmanın tez bir zamanda həyata keçirilməsinə ümid etdiyini deyib.
Baş katib İsrail-Fələstin probleminin həlli üçün siyasi səylərə vaxt itirmədən təkrar başlanılmasının vacibliyini dilə gətirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr