ABŞ-da Ebola virusu

Amerikanın Texas ştatında bir nəfər xəstədə ebola virusu aşkar edilib.

145707
ABŞ-da Ebola virusu

Amerikanın Texas ştatında bir nəfər xəstədə ebola virusu aşkar edilib.
ABŞ-ın Xəstəliklərlə Mübarizə Mərkəzi ölkədə ilk Ebola epidemiyasının aşkarlandığını təsdiq edib.
Verilən açıqlamada bildirilir ki, iyulun 27-dən bəri narahatlıq səbəbindən xəstəxanaya müraciət edən 12 nəfər üzərində edilən testlərdə Ebola virusuna rast gəlinməmişdi.
Xatırladaq ki, ilk dəfə 6 ay əvvəl Qvineyada təsbit edilən Ebola virusu Qərbi Afrikada bu günə qədər 3 mindən çox insanın ölümünə səbəb olub.
Proqnozlara görə 2015-ci ilin yanvarına qədər 1 milyon 400 min insanın Ebola virusuna yoluxacağı təxmin edilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr