Ərǝb Dövlǝtlǝri Liqası, ABŞ-na reaksiya göstǝrib

Ərǝb Dövlǝtlǝri Liqası, Fǝlǝstin Dövlǝt rǝhbǝri Mahmud Abbasın BMT Baş Assambleyasında etdiyi çıxışdan sonra, ABŞ Dövlǝt Departamentinin sözcüsü Can Psakinin “xǝyallarım puça çıxdı” açıqlamasına reaksiya göstǝrib.

144782
Ərǝb Dövlǝtlǝri Liqası, ABŞ-na reaksiya göstǝrib

Ərǝb Dövlǝtlǝri Liqası, Fǝlǝstin Dövlǝt rǝhbǝri Mahmud Abbasın BMT Baş Assambleyasında etdiyi çıxışdan sonra, ABŞ Dövlǝt Departamentinin sözcüsü Can Psakinin “xǝyallarım puça çıxdı” açıqlamasına reaksiya göstǝrib.
Ərǝb Dövlǝtlǝri Liqasının Baş katibi Nǝbil ǝl-Ərǝbinin Fǝlǝstindǝn mǝsul müavini Mǝhǝmmǝd Sabih, mǝtbuata verdiyi açıqlamada, “ABŞ-ın, Abbasın çıxışına göstǝrdiyi reaksiyaya görǝ dǝrin kǝdǝr duyduq” deyib.
ABŞ-dan, Fǝlǝstin mǝsǝlǝsindǝki mövqeyini gözdǝn keçirmǝsini istǝyǝn Sabih deyib ki, hörmǝtli Abbas, sülhdǝn tǝrǝfdir, sülhdǝn vǝ iki dövlǝtli hǝll yolundan danışmışdır. İllǝrlǝ İsrail ilǝ mǝsǝlǝlǝri müzakirǝ etdi vǝ bu sǝbǝbdǝn Fǝlǝstin daxilindǝ tǝnqidlǝrǝ mǝruz qaldı. BMT-yǝ çıxış etmǝk üçün getdiyi zaman isǝƎrǝb sülhünǝ ǝsaslanan iki dövlǝtli hǝll yolunu şǝrh etmǝk üçün ǝlindǝn gǝlǝni yerinǝ yetirdi.
Xatırladaq ki, Fǝlǝsdin Dövlǝti rǝhbǝri Mahmud Abbas, cümǝ günü iclasda etdiyi çıxışda demişdi ki, İsrailin özünü müdafiǝ etmǝ haqqı var deyǝnlǝr xalqımızdan ölǝn minlǝrlǝ insana dǝyǝr vermir. Fǝlǝstin xalqının canı da digǝr insanların canı kimi qiymǝtlidir.Bunu xatırlatmaq istǝyirǝm. Fǝlǝstin xalqı adına bunu dǝmǝk istǝyirǝm ki, unutmayacayıq, ǝfv etmǝyǝcǝyik vǝ hǝrb günahkarlarının cǝzasız qalmasına icazǝ vermǝyǝcǝyik.
Can Psaki isǝ Abbasın açıqlamalarından kǝdǝr duyduqlarını vǝ narahat olduqlarını bildirmiş, Abbasın çıxışını tǝcavüzkar olaraq dǝyǝrlǝndirdiklǝrini ifadǝ etmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr