Әfqanıstan ilǝ ABŞ arasında sǝnǝd imzalanıb

Әfqanıstanın yeni Dövlǝt başçısı Әşrǝf Qani, seçki kampaniyası zamanı verdiyi sözǝ ǝmǝl edib.

145018
Әfqanıstan ilǝ ABŞ arasında sǝnǝd imzalanıb

Әfqanıstan ilǝ ABŞ arasındakı tǝhlükǝsizliyǝ dair yekûn sǝnǝd imzalanıb.
Әfqanıstanın yeni Dövlǝt başçısı Әşrǝf Qani, seçki kampaniyası zamanı verdiyi sözǝ ǝmǝl edib.
Qaninin milli tǝhlükǝsizlik üzrǝ müşaviri ilǝ Kabildǝki ABŞ sǝfiri, sazişi imzalayıblar.
Sazişǝ görǝ, koalisiya qüvvǝlǝri ilin axırınadǝk Әqanıstandakı ǝsgǝrlǝrini çǝkǝcǝk, ancaq ölkǝdǝ 12 min hǝrbçi qalacaq.
Bu ǝsgǝrlǝrin 9 min 800-nü Amerika ǝsgǝrlǝri tǝşkil edǝcǝk.
Әfqanıstanda qalacaq xarici ǝsgǝrlǝrin, vuruşacaq hǝrbi hissǝ olmayacağı bildirilib.
Taliban, sazişin ABŞ-ın Әfqanıstanda gizli planları olduğunu ortaya çıxardığını irǝli sürüb. Yayımlanan açıqlamada bildirilib ki, amerikalılar özlǝrini yeni vǝ tǝhlükǝli bir hǝrbǝ hazırlayır.
Xatırladaq ki, sabiq Dövlǝt rǝhbǝri Hǝmid Kǝrzai, mülki ǝhalidǝn insanların ölümünǝ amil kimi göstǝrǝrǝk, ABŞ ilǝ tǝhlükǝsizliyǝ dair saziş imzalamağı qǝbul etmǝmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr