Kaşğar şəhər məhkəməsi 2 uyğur haqqında edam işi kәsib
Kaşğar şəhər məhkəməsi İmam Cüməsi Tahirin öldürülməsiylə əlaqədar 2 uyğur haqqında edam işi kәsib.

Uyğur Muxtar Vilayətinin Kaşğar şəhər məhkəməsi İmam Cümə Tahirin öldürülməsiylə əlaqədar 2 uyğur haqqında edam işi kәsib. Bir nəfəri isə ömürlük həbs cəzasına mәhkum edib. Çin məhkəməsi uzun müddətdir gərginliyin davam etdiyi Uyğur Muxtar Bölgəsində terror və separatçılıqda günahlandırılan şəxsələrə ağır cəzalar verməkdə davam edir. Xatırladaq ki, Kaşgardaki məscidin imamı Cüməsi Tahir İyulun 30-da öldürülmüşdü. Sentyabrın əvvəlində isə 3 nəfərə qanlı Kunming hücumuna görə edam cəzası verilib. Ötən həftə uyğur alim İlham Tohtinin separatçılıq səbəbilə ömürlük həbsə məhkum edilməsi də böyük reaksiyaya səbəb olub. Pekin isə yaşanan gərginliyə ölkənin hüdudlarından kənardakı dini təriqətlərdən təsirlənən terrorist qruplarının səbəb olduğunu bildirir. Bölgədə son yarım ildə meydana gələn qarşıdurmalarda 400-ə yaxın insan həyatını itirib.