Rusiya ilə Ukrayna arasında təbii qaz böhranı

Rusiya və Ukrayna digər bir böhrana yol açan təbii qaz probleminə dair danışıqlar məqsədilə dünən Almaniyanın paytaxtı Berlində bir araya gəlib.

141188
Rusiya ilə Ukrayna arasında təbii qaz böhranı

Ukraynanın şərqində atəşkəs həyata keçirilməyə başlandığı bir vaxtda Rusiya və Ukrayna digər bir böhrana yol açan təbii qaz probleminə dair danışıqlar məqsədilə dünən Almaniyanın paytaxtı Berlində bir araya gəlib.
Avropa İttifaqı Enerji komissarı Guenther Oettinger Ukraynanın Rus şirkəti “Qazprom”a ilin sonuna qədər 3 milyard 100 milyon dollar ödəyəcəyi təqdirdə Rusiyanın qaz nəqliyyatını yenidən başlatmağa hazır olduğunu söyləyib.
Guenther Oettinger, ilkin ödənişin ardından “Qazprom”un növbəti aylarda ən az 5 milyard kubmetr qaz göndərə biləcəyini qeyd edib.
Avropa İttifaqı Enerji Komissarı həmçinin gələn həftə tərəflərin yenidən görüşməsinin planlaşdırıldığını bildirib.
Xatırladaq ki, Rusiya iyun ayında borclarını ödəmədiyi üçün Ukraynaya qaz nəqlini dayandırmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr