Mahmud Abbas BMT Baş Assambleyasına müraciət edib

Fələstin lideri İsrailin qırğınlarını və təcavüzkar mövqeyini qınayan və ölkəsiylə həmrəylik nümayiş etdirən hər kəsə təşəkkür edib.

141275
Mahmud Abbas BMT Baş Assambleyasına müraciət edib

Fələstinin Dövlət Başçısı Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına müraciət edib.
İsrailin Qəzzaya təşkil etdiyi son hücumlarının açdığı dərin yaralara toxunan Mahmud Abbas "Qəzzaya təşkil edilən bu son döyüş bütün dünyanın gözləri qarşısında işlənən bir günahıdır" deyib. Fələstin rəhbəri İsrailin işlədiyi cinayətlərə özünü müdafiə etmə adını versə də günahkarların cəzasız qalmasına icazə etməyəcəklərini bildirib. Qəzza zolağının 2 milyonluq fələstinli üçün dünyanın ən böyük həbsxanasına çevrildiyini ifadə edən Mahmud Abbas mühasirənin tez bir zamanda aradan qalxmasının vacib olduğunu diqqətə çatdırıb.
Fələstin lideri İsrailin qırğınlarını və təcavüzkar mövqeyini qınayan və ölkəsiylə həmrəylik nümayiş etdirən hər kəsə təşəkkür edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr