Ebola üçün 130 milyon dollar

Beynəlxalq Valyuta Fondu, Ebola xəstəliyinin vurduğu zərərǝ görə Qərbi Afrika ölkələrinə 130 milyon dollarlıq təcili yardım göndərəcək.

141511
Ebola üçün 130 milyon dollar

Beynəlxalq Valyuta Fondu, Ebola xəstəliyinin vurduğu zərərǝ görə Qərbi Afrika ölkələrinə 130 milyon dollarlıq təcili yardım göndərəcək.
Fond, Liberiyaya 49, Qvineya 41 və Syerra Leoneye 40 milyon dollar olmaqla pulu bölüşdürǝcǝk.
Üç ölkəyə verilǝcǝk vǝsaitin büdcə kəsirləri üçün istifadə ediləcəyini açıqlayan BVF rəhbəri Kristin Lagarde bu ölkələrin 170 milyon dollar yardım istǝdiyini bildirib.
“Qvineya, Liberiya və Syerra Leonedaki Ebola virusu bir çox şəxsin həyatına son qoyub. Belə böhranlar dərin iqtisadi nəticələrə də gətirib çıxara bilər. BVF, xəstəliyin sürətlə yayılmasının nəzarət altına alınması və iqtisadiyyatın yenidən bərpa edilməsi üçün epidemiyadan əziyyət çəkənlərə yardım etmək üçün davamlı işlər görəcək.” deyǝ Lagarde bildirib.


Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə Qərbi Afrikada 6263 nəfərin Ebolaya yoluxduğu müəyyən edilib, bunlardan 2917-i həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr