İŞİD ABŞ və Fransa metrolarına hücum planlayır iddiası

İraqın Baş naziri Heydər Əl-Abadi İŞİD-in ABŞ və Fransada terror aktları hǝyata keçirǝcǝyini açıqlayıb.

140510
İŞİD ABŞ və Fransa metrolarına hücum planlayır iddiası

İraqın Baş naziri Heydər Əl-Abadi İŞİD-in ABŞ və Fransada terror aktları hǝyata keçirǝcǝyini açıqlayıb.
Baş nazir bu qənaətə aparılan araşdırmalardan sonra gəlindiyinǝ işarǝ edǝrǝk deyib ki, araşdırmalar zamanı məlum oldu ki, terrorçular ABŞ və Fransanın müxtəlif şəhərlərində terror aktı təşkil etməyi planlaşdırır. Bu partlayışların əsasən metrolarda ola biləcəyini düşünürük".
Nyu Yorkda BMT Baş Assambleyasında çıxış edən Abadi bu məlumatların hǝbs edilǝn İŞİD silahlılarından əldə edildiyini açıqlayıb.
Baş nazir bildirib ki, bu plan İraqda fəaliyyət göstərən terrorçular tərəfindən hazırlanıb. Adlar, detallar vǝ tarixlǝrǝ dair geniş tǝrkibli araşdırma aparıldı vǝ planın ciddi olduğu müǝyyǝn edildi.
Rǝsmi Vaşinqton isǝ belǝ bir planı doğrulamadıqlarını bildirib.
Ağ Evin Milli Tǝhlükǝsizlik üzrǝ sözcüsü Katilin Hayden, bütün tǝhdidlǝrǝ önǝm verdiklǝrini vǝ hǝr zaman olduğu kimi bu mǝlumatları tǝsdiqlǝmǝyǝ sǝy göstǝrdiklǝrini qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr