Afrikadan sonra Amerikada virus təhlükəsi

4 min insana yoluxduğundan şübhə edilən tropik virusun Latın Amerikası və Karib bölgəsinə yayılma təhlükəsi daşıdığı bildirilir.

140746
Afrikadan sonra Amerikada virus təhlükəsi

Dominikan Respublikasında meydana gələn və təxminən 4 min insana yoluxduğundan şübhə edilən tropik virusun Latın Amerikası və Karib bölgəsinə yayılma təhlükəsi daşıdığı bildirilir.
Səlahiyyətlilər bölgədə son dövrlərdə epidemiyanın miqyasının genişləməsindən narahatlıq keçirirlər. Peruda keçən həftə üç insanda virusun aşkar edilməsilə ölkədə 90 günlük təcili vəziyyət elan edilib.
Kolombiyada isə çərşənbə axşamı günü virusun yoluxduğu bir nəfər dünyasını dəyişib. Kolombiyada 1308 nəfərin epidemiyaya yoluxduğu güman edilir. Latın Amerika Sağlamlıq Təşkilatının açıqladığı məlumata görə, ötən ilin dekabr ayından bu yana 113 nəfərin ölümünə səbəb olan virus bölgədə 730 min insana yoluxa bilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr