Əl Xəlil şəhərində genişmiqyaslı əməliyyat

İsrail ordusu səhər saatlarında Əl Xəlil şəhərində genişmiqyaslı əməliyyata başlayıb.

135633
Əl Xəlil şəhərində genişmiqyaslı əməliyyat

İsrail ordusu səhər saatlarında Əl Xəlil şəhərində genişmiqyaslı əməliyyata başlayıb.
Ordu qüvvələri bölgədə xeyli sayda məhəllə və Əl Xəlil Universiteti şəhərciyinə basqınlar edib.
Əməliyyatda iyunun 12-si itkin düşən və sonradan cəsədi aşkar edilən 3 yəhudi sakini qaçırmaqda ittiham olunan Əmir Əbu İyşə ilə Mervan el Kavasimi öldürülüb.
Əməliyyatlarda 5 fələstinlinin də yaralandığı bildirilir. Həmasın sözçüsü Sami Ebu Zuhri İsrailin həyata keçirdiyi sui-qəsdi günah və məhkəməyə çıxarılmadan hökm oxunması kimi qiymətləndirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Əbu İyşə və Kavasimin öldürülməsini “Qəzzaya yönəlmiş hücumlarda öldürülən əsgərlərin ailələrinə və İsrail xalqına olan sədaqətin timsalı olduğu” ifadəsini dilə gətirib.
İki Həmas üzvünün öldürülməsinin ardından İsrail Fələstin atəşkəs razılaşmalarının təhlükə altında olduğuna dair fikirlər səsləndirilir. Buna baxmayaraq Fələstin nümayəndəliyi Qahirədə görüşlərin davam etdiriləcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr