Rusiya Krımda tam təchizatlı ordu yerlәşdirir

Müdafiə naziri Sergey Şoygu, bu ildən ölkənin cənub-qərb bölgəsində hərbi və siyasi vəziyyətin dəyişdiyini bildirib.

128820
Rusiya Krımda tam təchizatlı ordu yerlәşdirir

Rusiya Müdafiə Nazirliyi, Krımda daxil olmaqla Cәnubi Hərbi Bölgə Komandanlığının prioritetlərindә dəyişikliklәr edib.
Müdafiə naziri Sergey Şoygu, bu ildən ölkənin cənub-qərb bölgəsində hərbi və siyasi vəziyyətin dəyişdiyini bildirәrәk, "Prioritetimiz Krım bölgəsində tam təchizatlı ordunun yerlәşdirilmәsidir" deyә vurğulayıb.
Onun sözlәrinә görә, Krımın Rusiya tәrkibinә daxil olmasıyla Cənubi Hərbi Bölgənin coğrafi sahəsi genişlənib və Ukraynadakı böhran səbəbindәn ölkə sərhədləri yaxınlığında xarici ölkə ordularının mövcudiyyəti artıb.
Müdafiə naziri, "Hadisələrin bu şəkildə cәrәyan etmәsi bölgədəki hərbi prioritetlərə dәyişikliklәr etmәk mәcburiyyәtindә qoydu" deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr