Çində fərqli etnik qrupların inteqrasiyası üçün yeni layihə

Layihənin məqsədi fərqli etnik qruplar arasında inteqrasiya yaratmaq və terrorun qarşısını almaq.

128118
Çində fərqli etnik qrupların inteqrasiyası üçün yeni layihə

Çinin Uyğur Muxtar Bölgəsi İdarəsi, Uyğurların sıx yaşadığı Hotan şəhərindən kənarda yeni bir yaşayış mərkəzi qurur.
Nümunə bölgənin məqsədi fərqli etnik qruplar arasında inteqrasiya yaratmaq və terrorun qarşısını almaq.
Sincan Daily qəzetinin xəbərinə görə, Hotandan kənardaki səhra bölgədə, 447 hektarlıq sahədə 600 çox mərtəbəli bina və 600 istixana yeri tikiləcək.
Bölgədəki etnik qruplardan 6 min əkinçi ailə ilə 700 çinli əkinçinin tikiləcək yeni mənzillərə köçmək üçün müraciət etdiyi bildirilib.
Müraciət edənlər arasında mənzil sayına görə bir təsnifat olacaq, bununla bağlı şərtlər hələ elan edilməyib.
Fərqli qrupların etnik inteqrasiyası, may ayında Sincan Uyğur Muxtar Bölgəsi mövzusunda Pekində keçirilən konfransın əsas gündəm maddələrindən biri olub.
Dövlət rəhbəri Şi Cingping, bölgədə fərqli xalqların birlikdə yaşayacağı, çalışacağı yeni yaşayış yerlərinin qurulması üçün çağırış etmişdir.
Ekspertlər, bölgədə daha öncə də müsbət nəticələr əldə edilən belə yaşayış yerlərinin olduğunu bildiriblər.
Digər tərəfdən bəzi ekspertlər, layihənin baha başa gələcəyini və qaynaq ehtiyacı səbəbindən bölgədə yayğınlaşmasının çətin olduğuna diqqət çəkirlər.
Mənfi fikir irəli sürən ekspertlər, rəhbərliyin xalqı yaşayış yerinə təzyiqlə köç etdirməməsinin vacibliyinə işarə edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr