Avropa ittifaqı razılaşa bilmədi

Avropa ittifaqı Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq etmә mәsәsindә razılığa qәlә bilmәyib.

121901
 Avropa ittifaqı razılaşa bilmədi

Avropa İttifaqı Ukraynaya görә Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq etmә mәsәsindә razılığa qәlә bilmәyib.
İttifaqa üzv 28 ölkənin səfirləri Rusiyanın neft və bank sektoruna tәsir göstәrәcәk yeni sanksiyaların həyata keçirilməsi qərarını qәbul etmәk üçün ötәn gün Brüsseldə toplanıb.
Almaniya qərarlaşdırılan sanksiyaların dərhal qüvvəyə minməsini tәlәb edib.
Adı çәkilmәyәn bәzi ölkələr isə, Ukraynada әldә olunan atəşkəsi səbəb göstərərək, yeni sanksiyaların tәtbiqinin tәxirә salınmasının tәrәfdarı olduqlarını bildirib.
Diplomatik mәnbәlәr Rusiya ilə yaxın əlaqəsi olan İtaliya, Avstriya, Finlandiya kimi ölkələrin yeni sanksiyaların tәtbiqi mәsәlәsindә istəksiz olduqlarını bildirir.
Mәsәlәnin müzakirәsi bu gündә davam edәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr