30 milyon uşaq mǝktǝbǝ gedǝ bilmir

BMT Uşaq Fondu, (UNİCEF) dünya miqyasında tǝhsil yaşında olan 30 milyon uşağın toqquşmalar yaxud da ölkǝlǝrindǝ yaşanan fövqǝladǝ vǝziyyǝtlǝr ucbatından mǝktǝbǝ gedǝ bilmǝdiyini açıqlayıb.

119243
30 milyon uşaq mǝktǝbǝ gedǝ bilmir

Toqquşma baş verǝn bölgǝlǝrdǝ 30 milyon uşaq mǝktǝbǝ gedǝ bilmir.
BMT Uşaq Fondu, (UNİCEF) dünya miqyasında tǝhsil yaşında olan 30 milyon uşağın toqquşmalar yaxud da ölkǝlǝrindǝ yaşanan fövqǝladǝ vǝziyyǝtlǝr ucbatından mǝktǝbǝ gedǝ bilmǝdiyini açıqlayıb.
Fond tǝrǝfindǝn bildirilib ki, sentiyabr ayında çoxlu sayda ölkǝdǝ uşaqlar artıq mǝktǝblǝrǝ getmǝyǝ başladı, ancaq milyonlarla uşaq bu imkandan mǝhrumdur.
Toqquşmalarda mǝktǝblǝrin hǝdǝf alındığı vurğulanan açıqlamada, Mǝrkǝzi Afrika Cümhuriyyǝtindǝki mǝktǝblǝrin üçdǝ bir hissǝsinin bombalandığı, yandırıldığı vǝya silahlı qruplar tǝrǝfindǝn işğal edildiyi bildirilib.
Qǝrbi Afrikada tǝsirli olan Ebola epidemiyasının da tǝhsilǝ mǝnfi tǝsir göstǝrdiyi bildirilǝn açıqlamada, virus sǝbǝbindǝn Liberiya vǝ Syerra Leoneda iptidai vǝ orta mǝktǝblǝrin ilin axırınadǝk bağlı qalacağı vǝ bundan 3 milyon yarım mǝktǝblinin mǝnfi tǝsirlǝnǝcǝği qeyd edilib.
UNİCEF-in açıqlamasına ǝsasǝn:
“Qǝzzada 300 min insanın sığınacaq yer kimi istifadǝ etdiyi 100-dǝn artıq mǝktǝbdǝ tǝhsil fǝaliyyǝtlǝrinin davam edǝ bilmǝsi üçün tǝmir işlǝri aparılmalıdır.
Suriyada mǝktǝblilǝrin yarısını tǝşkil edǝn 3 milyon uşaq nizamlı tǝhsil hǝyatından mǝhrumdur.
Ukraynada 290 mǝktǝb son toqquşmalardan zǝrǝr görüb vǝya tamamilǝ yıxılıb.”
Açıqlamada, toqquşmalardan mǝnfi tǝsirlǝnǝn uşaqların vǝ ölkǝlǝrindǝn başqa ölkǝlǝrǝ sığınan mǝktǝblilǝrin tǝhsillǝrini davam etdirǝ bilmǝlǝri üçün UNİCEF-in tǝhsil vǝsaitlǝri vǝ müvǝqqǝti sinif dǝstǝyi verdiyi qeyd edilǝrǝk, bütün tǝlǝblǝrǝ cavab verǝ bilmǝsi üçün daha çox fonda ehtiyac olduğu vurğulanıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr