Terror tәşkilatı әyalətin böyük hissәsinә nәzarәti әlә keçirib

Boko Haram terror təşkilatı, Nigeriyanın şimalındakı Borno əyalətinin böyük bir hissəsinә nәzarәti ələ keçirib.

117718
Terror tәşkilatı әyalətin böyük hissәsinә nәzarәti әlә keçirib

Boko Haram terror təşkilatı, Nigeriyanın şimalındakı Borno əyalətinin böyük bir hissəsinә nәzarәti ələ keçirib.
Borno Əyalət Hökumətinin katibi Baba Judah verdiyi açıqlamada, "Hazırda, Borno əyalətinin böyük bir hissәsinә nәzarәt Boko Haram təşkilatı silahlılarının әlinә keçib” deyә vurğulayıb.
Boko Haram təşkilatı daha əvvəl də Nigeriyanın şimal-qərbindəki Yobe əyalətinin Bara və Buni yadi şəhərləri, Borno əyalətində Gwoza və Gumboro Ngala, Adamawa əyalətində Madagali və cola şəhərlərinin idarəsini ələ keçirmişdi.
Nigeriya, ilk olaraq ölkənin şimal-şərqində ortaya çıxan və qısa müddətdə paytaxt Abuja da daxil, ölkənin hər tərəfinə yayılan Boko Haram terror təşkilatıyla beş ildir mübarizə edir. Boko Haram, yalnız bu il ən az 4 min adamın ölümünə, milyonlarla insanın ev-eşiyini tәrk etmәk mәcburiyyәtindә qalmasına sәbәb olub.
Borno, Yobe və Adamawa əyalətlərində, May 2013-dә Boko Haram təhdidi səbəbiylə elan edilən fövqəladə vәziyyәt davam edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr