ABŞ-nın İŞİD-ә qarşı yeni mübarizә strategiyası

İraq Şam İslam Dövləti Təşkilatı İŞİD-ә qarşı əməliyyatları artıran ABŞ, mübarizə strategiyasını şərhə hazırlanır.

117275
ABŞ-nın  İŞİD-ә qarşı yeni mübarizә strategiyası

İraq Şam İslam Dövləti Təşkilatı İŞİD-ә qarşı əməliyyatları artıran ABŞ, mübarizə strategiyasını şərhə hazırlanır.
Prezident Barak Obama, Amerika NBC televiziya kanalına verdiyi müsahibədә İŞİD təşkilatıyla mübarizə strategiyalarını çərşənbə günü ictimaiyyətə açıqlayacağını bildirib.
Strategiyanın bölgəyə Amerika əsgərinin göndərilməsini ehtiva etmədiyini ifadә edәn Obama, bu istiqamətdəki fikirləri "böyük səhv" olaraq xarakterizə edib.
İŞİD ilə mübarizə strategiyası tәrkibindә hərbi, iqtisadi və siyasi ünsürlərin yer alacağını , qarşıdakı aylarda İŞİD-in mәhv edilәcәyini, konqresin bununla bağlı özünә lazımlı səlahiyyəti verәcәyinә әminliyini qeyd edib.
Mübarizə mәrhәlәsindә Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya kimi sünni ölkələrin "addım atmalarına" zәrurәt olduğunu da ifadә edәn Obama bu ölkilәrin məsələnin hәllindә önәmli rollarının olduğunu vurğulayıb.
Digər tərəfdən Amerikalı jurnalist Ceyms Foley-in İŞİD tərəfindən başı kəsilərək öldürülməsindәn sonra mətbuata açıqlama verәn Obamanın, daha sonra golf oynamasına ölkәdә reaksiya göstәrilib. Prezident isә belә bir açıqlamadan sonra golf oynamasının səhv olduğunu qəbul edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr