Poroşenko -Putin arasında telefon danışığı

Ukrayna Dövlət Başçısı Petro Poroşenko və Rusiya Dövlət Başçısı Vladimir Putin ötәn gün telefon vasitәsiylә görüşüb.

116435
Poroşenko -Putin arasında telefon danışığı

Cümә günü Ukraynanın şərqində atəşkəs elan edidikdәn sonra Ukrayna Dövlət Başçısı Petro Poroşenko və Rusiya Dövlət Başçısı Vladimir Putin ötәn gün telefon vasitәsiylә görüşüb.
Ukrayna prezident Mətbuat xidmәtindәn verilәn mәlumatda, Poroşenkonun Putin ilə keçirdiyi telefon danışığında, Minskdə Üçtәrәfli Əlaqə qrupunun mәslәhәtlәşmәsindәn sonra imzalanan Sülh protokoluna dair fikir mübadilәsi edilib. İki ölkə dövlət başçılarının, tərəflər arasında təmin edilən atəşkəs prosesinә sadiq qalınması mövzusunda razılaşdıqları ifadә edәlәn mәlumatda, atəşkəs qәrarının daimi olması istiqamәtindә atılası addımların tәhlil edildiyi vurğulanıb. İki lider, atəşkəs prosesinә nәzarәt və müşahidə edilmәsi işinә ATƏT-in iştirakının lazım olduğunu sәslәndirib. Humanitar yardımların bölgəyə çatdırılması mövzusunda əməkdaşlıq məsələlərini nəzərdən keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr