Atəşkəs razılaşması Belarusun paytaxtı Minskdə imzalanıb

Ukraynadakı qarşıdurmaları sona çatdıracaq atəşkəs razılaşması Belarusun paytaxtı Minskdə imzalanıb.

115226
 Atəşkəs razılaşması Belarusun paytaxtı Minskdə imzalanıb

Ukraynadakı qarşıdurmaları sona çatdıracaq atəşkəs razılaşması Belarusun paytaxtı Minskdə imzalanıb.
Danışıqlara Ukrayna və Rusiya nümayəndələrilǝ yanaşı Rusiya tǝrǝdarları və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından nümayəndələr qatılıb.
Atəşkəs razılaşmasının ardından "mərhələ mərhələ hazırlanan sülh planı" nın həyata keçirilməsi planlaşdırılır.
Rusiya lideri Putinin Ukrayna prezidenti Petro Poroşenko ilə reallaşdırdığı danışıqlardan sonra hazırlanan 7 maddəlik sülh planı, Ukrayna Ordusunun sənaye bölgəsi Donetsk və Luhanskdan böyük nisbətdə çəkilməsini nəzərdə tutur.
Türkiyə saatı ilə saat 18.00-dǝ başlayacaq atəşkəs əvvəli ölkənin şərqində qarşıdurmalar hələ davam edir.
Rusiya tǝrǝfdarları, Ukraynanın şərqindəki liman şəhəri Mariupola girdiklərini açıqlayıb. Rusiya tǝrǝfdarları, şəhərə Rusiya ordusuna mǝxsus tanklar, zirehli texnikalar və əsgərlərin dəstəyi ilə hücum təşkil ediblǝr.
Donetskda qarşıdurmalar, hava limanı ətrafında artıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lysenko, Ukraynada qarşıdurmaların başladığı tarixdən etibarən 2 min rus əsgərinin öldüyünü açıqlayıb
Bu arada Rus Dövlət Televiziyası, ilk dəfə Ukraynada həyatını itirən bir rus əsgərinin cənazə mərasimini yayımlayıb. Rus Televiziyası əsgərin Ukraynaya səhvən girdiyi və qaçarkən öldürüldüyünü irǝli sürüb.
Digər tərəfdən ABŞ Müdafiə Nazirliyi, Rusiyanın Ukrayna sərhədindəki hərbi yığınağının, topçu dǝstǝlǝri və hava müdafiə sistemləri ilə hər zamankindən daha güclü və narahatlığa sǝbǝb olacaq sǝviyyǝdǝ olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr