Avropa İttifaqı ölkələrinə qanunsuz immiqrant axını

Ötәn hәftә İtaliyada, dəniz yoluyla ölkəyə girməyə çalışan 4 mindәn çox qanunsuz immiqrant saxlanılıb.

111331
Avropa İttifaqı ölkələrinə qanunsuz immiqrant axını

Avropa İttifaqı ölkələrinə qanunsuz immiqrant axını davam edir.
Ötәn hәftә İtaliyada, dəniz yoluyla ölkəyə girməyə çalışan 4 mindәn çox qanunsuz immiqrant saxlanılıb.
Latın dilindә Aralıq dənizi mənasını daşıyan "Mare Nostrum" xilas etmә əməliyyatlarına sahil mühafizә gəmiləri və helikopterlǝr qatılıb.
Əməliyyat nəticəsində 4 mindәn çox qanunsuz immiqrant saxlanılıb.
Bu il, Afrika, Suriya, İraq kimi ölkәlәrdәn dəniz yolu ilə Avropa İttifaqı ölkələrinə keçmәyә çalışarkən gəmiləri batan 110 min qanunsuz immiqrant xilas edilib, 1889 nәfәr isə boğulub.
İtaliya keçәn il başlatdığı və 13 milyon dollara başa gələn “Mare Nostrum” adlı xilas etmә əməliyyatını davam etdirmәyәcәyini açıqlayınca, Avropa İttifaqı Aralıq dənizində təhlükəsizliyi təmin etmək üçün Frontex Plus adlı əməliyyata start verәcәyini bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr