Avstraliya Rusiyaya yeni sanksiya tәtbiq etmәyә başlayıb

Avstraliya Rusiyaya qarşı yeni sanksiya tәtbiqi barәdә qәrar qәbul edib.

110503
Avstraliya Rusiyaya yeni sanksiya tәtbiq  etmәyә başlayıb

Avstraliya Rusiyaya qarşı yeni sanksiya tәtbiqi barәdә qәrar qәbul edib.
Avstraliya Baş naziri Toni Ebot Rusiyanın Ukraynaya qarşı hәrәkәtlәrini kobudluq adlandırıb.
Ölkә parlamentində çıxış edən Ebot, bu günә kimi 2500 nәfәrin ölümünә sәbәb olan hadisələri başladan Rusiya olduğunu ifadә edәrәk, "Rusiya bu qurbanların məsuliyyətini götürməlidir" deyib.
Sanksiyaları Avropa Birliyi səviyyəsinə qaldıran Avstraliya, Rusiyaya silah satışına vә Rusiya dövlət banklarının Avstraliyanın pul bazarına girişinә məhdudiyyәt qoyub.
Avstraliya Rusiyaya Mart ayında artıq bəzi maliyyə vә ölkәyә giriş məhdudiyyətləri qoymuşdur.
Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları, Rusiyanın Mart ayında Krımı öz әrazisinә qatdığı üçün , bu ölkәyә sanksiya tәdbiq etmә qərarı qәbul etmişdir.
Keçən həftə Ukrayna әrazilәrinә Rusiya hərbi birlәşmәlәri daxil olduqları üçün , Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Rusiyaya yeni sanksiyalar tәtbiq edәcәklәrini bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr