Albaniya da Alman kәşfiyyatının hәdәfi olub

Spiegel jurnalının xəbərinə görə, Alman hökumətinin tәlimatı ilә hazırlanan kəşfiyyat fəaliyyəti aparılacaq ölkələr siyahısında Albaniya da var.

101177
Albaniya da Alman kәşfiyyatının hәdәfi olub

Spiegel jurnalının xəbərinə görə, Alman hökumətinin tәlimatı ilә hazırlanan kəşfiyyat fəaliyyəti aparılacaq ölkələr siyahısında Albaniya da var.
Xəbərdə, Albaniyanın NATO-ya üzvlüyü əvvəli kəşfiyyat fəaliyyəti aparılacaq siyahıya salındığı ifadə edilərək, Almaniyanın Albaniyada xüsusilə mütəşəkkil cinayətlər ilә maraqlandığı qeyd edilib.
Alman hökuməti tәrәfindәn kәşfiyyat tәşkilatı BND-yә verilәn tәlimat sənədində Türkiyə və Albaniyanın da yer aldığı məlumatının, ABŞ kəşfiyyat tәşkilatı CIA adından casusluq şübhəsiylə 3 İyulda tutulan Markus R. adlı BND әmәkdaşı tәrәfiendәn Amerikalılara verilәn sənədlərdə әks etdiyi irәli sürülüb.
Almaniyanın Türkiyəni 2009-ci ildən bəri dinlədiyi istiqamətindəki iddialar bir həftə əvvəl Spiegel jurnalının xəbəriylə yayılmışdı. İddialar sәbәbindәn xarici işlər naziri Əhməd Davudoğlu, Alman həmkarı Frank-Walter Steinmeierә telefon edәrәk "müttəfiq iki ölkənin bir-birinə istiqamətli kəşfiyyat fәaliyyәti aparmasının qəbul edilә bilməz" olduğunu vurğulamışdı .
Digər tərəfdən Alman Focus jurnalında isə, BND-nin NATO üzvü Türkiyəni 1976dan bəri dinlədiyi və bu qərarın, dövrün Helmut Schmidt başçılığındakı hökumət tәrifindәn tәsdiq edildiyi qeyd edilmişdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr