ABŞ gәrginlik artaraq davam edir

New Yorkda öldürülən zənci Eric Garner üçün minlәrlә aksiyaçının iştirak etdiyi nümayiş tәşkil edilib.

101168
ABŞ gәrginlik artaraq davam edir

New Yorkda öldürülən zənci Eric Garner üçün minlәrlә aksiyaçının iştirak etdiyi nümayiş tәşkil edilib.
New Yorkun Staten Island bölgəsində, 17 İyulda polisin nəzarətə almaq istәdiyi әsnada boğazını sıxaraq ölümünə səbəb olduğu 43 yaşındakı astma xəstəsi zənci Eric Garnerin xatirәsinә, minlərlə insanın iştirakı etdiyi etiraz nümayişi təşkil edilib. Zənci aktvist və dini xadim olan Al Sharpton-un başçılıq etdiyi '' Geri addım atmayacağıq " adı altında Eric Garnerın öldürüldüyü bölgədə tәşkil edilәn nümayişə, aralarında ağlar, qadın, uşaq və yaşlıların da olduğu minlərlə insan qatılıb.
Staten adasına bərələr və avtobuslarla axışan minlərlə aksiyaçı 6 uşaq atası Garnerın ağ polislər tәrәfindәn öldürüldüyü yerdə toplanıb. Onlar hamımız Eric Garnerız '', '' Bir sonrakı mənəmmi? '' sözlәri yazılan plakatlar açıblar. Fergusonda öldürülən Micael Browna atiflə '' Tәslim, atəş etmə '' deyә şüarlar sәslәndiriblәr.
Nümayiş әvvәlindә Mt. Sinai Kilsəsi qarşısında çıxış edən zənci aktivist Sharpton, belә hadisәlәrә biganә qalmayacaqlarını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr