Çində müsəlmanlara qarşı təzyiqlər davam edir

Uyğur Muxtar Vilayətinin Kaşqar şəhərində 15 dövlət məmuruna qarşı dini inanc sahibi olmaq və terrora biganә qalmaqla ittiham idilib.

98678
Çində müsəlmanlara qarşı təzyiqlər davam edir

Uyğur Muxtar Vilayətinin Kaşqar şəhərində 15 dövlət məmuruna qarşı dini inanc sahibi olmaq və terrora biganә qalmaqla ittiham idilib.
Rəsmi Şinhua xəbər agentliyi, 15 dövlət məmurunun vəzifəsindən azad edilməsi və cinayət məsuliyyətinə cəlb olunacağlarını yazıb. Pekin rəhbərliyinin Ramazan ayında müsəlmanlara oruc tutmağa və iftar süfrələrinə qoyulan qadağadan sonra Uyğur Muxtar Bölgəsinə təzyiqlər çoxalır.
Çinin bu qadağalarına, beynəlxalq cəmiyyət də sərt reaksiya verib.
Çin, ciddi nəzarətdə olan dövlət məscidləri istisna olmaqla digər İslam təhsilinə icazə vermir.
Mədrəsə kimi dini təhsil verən məktəblərə getmək də qadağan olunub.
Ötən həftə Vilayətin paytaxtı Urumçidə 27 dini mədrəsə bağlanaraq, 44 din xadimin nəzarətə alındığı xəbər verilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr