Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1229-a çatıb

Ümümdünya Səhiyyə Təşkilatı Ebola, virusu ilə əlaqədar son rəqəmləri açıqlayıb.

96145
Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1229-a çatıb

Ümümdünya Səhiyyə Təşkilatı Ebola, virusu ilə əlaqədar son rəqəmləri açıqlayıb.
Açıqlamada virusun yayıldığı Qərbi Afrika ölkələrində 113 yeni hadisənin təsbit edildiyi və daha 84 adamın öldüyü bildirilir.
Beləcə bu ana qədər 2240 hadisə təsbit edilərkən, ölənlərin sayı 1229-a yüksəlib.
Bu an üçün virusla mübarizədə tək ümid, tütündən hazırlanan Zimapp adlı dərmandır.
Lakin, dərmanın çox çox az miqdarda istehsal edildiyi bildirilir. Bundan başqa, xəstəliklə mübarizədə təmizlik böyük əhəmiyyət daşıyır.
Bu arada, Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramı bölgəyə kömək etməyə hazırlaşır.
Birləşmiş Millətlər Təşkilatı, Ebola karantinində olanlara yemək və içki yardımı ediləcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr