Nepal və Hindistan sel fәlakәtinin tәsiri altında

Nepal və Hindistanda güclü yağışların yağması nәticәsindә baş verәn sel və torpaq sürüşmələrindә ən az 180 nәfәr hәyatını itirib.

95585
Nepal və Hindistan sel fәlakәtinin tәsiri altında

Nepal və Hindistan sel fәlakәtinin tәsiri altında
İki ölkədə günlərdir güclü yağışların yağması nәticәsindә baş verәn sel və torpaq sürüşmələrindә ən az 180 nәfәr hәyatını itirib.
Nepalda baş verәn sel fәlakәtindә 100 nәfәr ölüb, çox sayda adam itkin düşüb.
Sel və torpaq sürüşmələri sәbәbindәn bəzi bölgələrə çatmaqda çәtinlik çәkildiyi, epidemiya xəstəliklərin yayılmasından narahatlıq duyulduğu qeyd edilir.
Hindistanda isә güclü yağışların yağması nәticәsindә çayların daşdığı, su daşqınlarının baş verdiyi şimal bölgələrdә 84 nәfәrin hәyatını itirdiyi 90 mindәn çox adamın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.
Qeyri sabit hava şәraitinә görә axtarma vә xilas etmә fәaliyyәtlәrinin çәtinliklә aparıldığı fәlakәt bölgәsindә, ölü sayının arta bilәcәyi ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr