Ağ Ev: "Rusiyanın fəaliyyətləri provokasiya xarakterlidir"

Ağ Ev, Rusiyanı Ukraynada həddindən artıq təhlükəli və provokasiya xarakterli əməllərlə sabitliyi pozmaqda günahlandırıb.

92757
Ağ Ev: "Rusiyanın fəaliyyətləri provokasiya xarakterlidir"

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden, verdiyi açıqlamada, Ukraynaya rus dəstəkli sızmalara dair narahatlığını qeyd edib.

Hayden, “Rusiyanın, Ukrayna hökumətinin icazəsi olmadan, hər hansı bir bəhanəylə Ukraynaya heç bir vasitə, şəxs və ya yük göndərməyə haqqı yoxdur" deyə bildirib.
Hayden, son həftələrdə Rusiyanın Ukraynaya istiqamətli fəaliyyətinin həddindən artıq təhlükəli və provokasiya xarakterli olduğunu vurğulayaraq, Rusiyanın Ukrayna torpaqlarına müntəzəm top və raket atdığını qeyd edib.
Digər tərəfdən, ABŞ Müdafiə naziri Chuck Hagel, Ukraynada baş verənlərlə əlaqədar Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb.
Pentaqon sözçüsü John Kirby, danışıq zamanı Hagelin xüsusilə Rusiyadan humanitar yardım karvanı mövzusunda izahat tələb etdiyini, Şoygunun isə karvanda rus hərbçilərinin olmadığı və bunun Ukraynaya hücüm üçün bəhanə olmadığına zəmanət verdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr