Amerika Birləşmiş Ştatlarından iki təbrik

Vaşinqton rəhbərliyi, Heydər Əl Abadiyə dəstək üçün Malikinin bu qərarı almasını, müsbət qiymətləndirib.

Amerika Birləşmiş Ştatlarından iki təbrik

İraq Baş naziri Nuri Əl Malikinin istefa etməsindən sonra Amerika Birləşmiş Ştatlarından iki təbrik mesajı gəlib.

Vaşinqton rəhbərliyi, Heydər Əl Abadiyə dəstək üçün Malikinin bu qərarı almasını, müsbət qiymətləndirib.

Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Susan Rice (Suzan Rays) bu qərar ilə İraqlıların, ölkələrini birləşdirmə yolunda irəliyə doğru yeni bir böyük addım atdıqlarını bildirib.
Malikinin aldığı istefa qərarından tərif ilə bəhs edən Rice, daxili və xarici dəstəklərlə Abadi hökumətinin iraqlıların İŞİD-ə qarşı birləşmələrini gözlədiyini qeyd edib.
Mövzuyla bağlı digər açıqlama Amerika Birləşmiş Ştatları Dövlət Departamentindən gəlib.
İstefa qərarını dönüş nöqtəsi kimi dəyərləndirən Con Kerry, ABŞ-ın, İŞİD təhdidinə qarşı yeni hökumət ilə işləməyə hazır olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr