Fǝlǝstin xalqına edilǝn yardımlar artırılacaq

İslam Əmǝkdaşlıq Tǝşkilatının Qǝzza mǝsǝlǝsinin müzakirǝ edildiyi toplantısında Fǝlǝstin xalqına edilǝn yardımların artırılması barǝdǝ qǝrar qǝbul edilib.

89499
 Fǝlǝstin xalqına edilǝn yardımlar artırılacaq

İslam Əmǝkdaşlıq Tǝşkilatının Qǝzza mǝsǝlǝsinin müzakirǝ edildiyi toplantısında Fǝlǝstin xalqına edilǝn yardımların artırılması barǝdǝ qǝrar qǝbul edilib.
Toplantının yekun bǝyannamǝsindǝ İsrail rǝhbǝrliyi mümkün olan ǝn sǝrt şǝkildǝ qınanıb.
Türkiyǝnin tǝşǝbbüsü ilǝ Ciddǝ şǝhǝrindǝ keçirilǝn toplantıya Xarici İşlǝr naziri Əhmǝd Davudoğlu da qatılıb.
Toplantıdan sonra açıqlanan yekun bǝyannamǝdǝ İsrailin hǝyata keçirdiyi hücumlarla hüquq qaydalarını vǝ insan haqlarını pozmaqda davam etdiyi vurğulanıb.
Şǝrqi Qüds daxil olmaqla 1967-ildǝn etibarǝn işğal edilǝn Fǝlǝstin torpaqlarının bir bütöv olduğu ifadǝ edilib.
Bǝyannamǝdǝ, Fǝlǝstin xalqının İsrailin hücumlarına göstǝrdiyi müqavimǝti tǝqdir edilib. Ayrıca, Qǝzza Zolağında hǝyata keçirilǝn hǝrbi hücumlar, Qudsün Yǝhudilǝşdirilmǝsi, Qǝzzanın mühasirǝdǝ saxlanılması, yaşayış mǝntǝqǝlǝri vǝ kütlǝvi şǝkildǝ cǝzalandırılma mövzularının da daxil olduğu İsrailin işğalı altındakı bölgǝlǝrdǝ hǝyata keçirdiklǝrinin hǝrb günahı tǝşkil etdiyi bildirilib.
Beynǝlxalq hüquq ǝsaslarına vǝ BMT sazişlǝrinǝ ǝmǝl etmǝyǝn İsrailin bölgǝnin sabitliyi qǝdǝr Beynǝlxalq sülhü dǝ tǝhlükǝ ilǝ qarşı qarşıya gǝtirdiyi vurğulanıb.
Bǝyannamǝdǝ, Fǝlǝstin xalqına tǝcili yardım edilmǝsi barǝdǝ çağırış da yer tutub vǝ Misirin Rifah keçid mǝntǝqǝsini açmasının tǝqdirlǝ qarşılandığı bildirilib. Hǝmçinin, İsrailin mǝhkum saxladığı mindǝn artıq Fǝlǝstinlini sǝrbǝst buraxmasının vacibliyi dǝ dilǝ gǝtirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr