Prezident seçkilәri ilә bağlı Vaşinqton rəhbərliyindən ilk açıq

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 12-ci Cumhurbaşkanı seçilməsindən sonra Vaşinqton rəhbərliyindən ilk açıqlama gəlib.

86586
Prezident seçkilәri ilә bağlı  Vaşinqton rəhbərliyindən ilk açıq

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 12-ci Cumhurbaşkanı seçilməsindən sonra Vaşinqton rəhbərliyindən ilk açıqlama gəlib.
Ağ Evdən, Amerika prezidenti Barak Obamanın Baş nazir Ərdoğan ilə yeni vəzifəsində birlikdə çalışmaq arzusunu dilə gətirdiyi xəbər verilib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Caitlin Hayden, (Ketlın Heydın) Cumhurbaşkanı seçkiləri ilə əlaqədar TRT-yə xüsusi açıqlama verib.
Cumhurbaşkanı seçkisi nəticələrini təqib etdiklərini ifadə edən Hayden, (Heydın) Obamanın Baş nazir Ərdoğan ilə yeni vəzifəsində birlikdə çalışmaq arzusunu dilə gətirdiyini bildirib.
Sözçü, Baş nazir Ərdoğanın yerinə gələcək yeni Baş nazir ilə də əməkdaşlıq edəcəklərini qeyd edib.
Hayden, qarşıdan gələn günlərdə Amerika prezidenti Barak Obamanın, Baş nazir Ərdoğanı telefonl vasitəsiylə təbrik edəcəyini də ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr