Təhlükəsizlik Şurası, Ukraynadakı vəziyyəti müzakirə edir

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Ukraynadakı vəziyyətin müzakirəsi üçün toplantı təşkil edib.

81369
Təhlükəsizlik Şurası, Ukraynadakı vəziyyəti müzakirə edir


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Ukraynadakı vəziyyətin müzakirəsi üçün toplantı təşkil edib.

BMT Təhlükəsizlik Şurasının Ukrayna Humanitar Yardımlar koordinatoru John Ging ölkədəki humanitar vəziyyətin getdikcə pisləşdiyini qeyd edib.

John Ging, Ukraynada elektrik və su təchizatının məhdud olduğunu, evlərin dağıdıldığını və səhiyyə işçilərinin bölgəni tərk etdiyini vurğulayıb.

Ging, Ukraynadakı problemə siyasi bir həll tapılmadığı təqdirdə ölənlərin sayının arta biləcəyini söyləyib. BMT-nin hesablamalarına görə aprel ayından bu zamana qədər Ukraynanın şərqində ölənlərin sayı 367, yaralıların sayı isə 4 min nəfərə çatıb.

Ölkənin şərqində 4 milyon adam qarşıdurmalardan təsirləndikdə, 58 min adam bölgəni tərk edib.

Qeyd edək ki, Ukraynada Donetsk və Luqansk ətrafında qarşıdurmalar artır. Bazar ertəsi günü rus qoşunları Ukrayna sərhədində hərbi təlimlərə başlayıb. Cümə gününə qədər davam edəcək təlimlərdə 100-ə qədər döyüş təyyarəsi olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr