Obama və Putin arasında telefon danışığı
Liderlər Ukraynadakı son vəziyyət və ikitərəfli əlaqələr barədə danışıqlar aparıblar.
77041
Amerika Birləşmiş Ştatları prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ağ Evdən verilən məlumata görə, liderlər Ukraynadakı son vəziyyət və ikitərəfli əlaqələr barədə danışıqlar aparıblar.
Açıqlamada,Obamanın Moskvanının Ukraynadıka rus separatçılara göstǝrdiyi kömekliyi artırmasından duyduğu narahatlığı dilǝ gǝtirdiyi bildirilib.
Məlumatda həmçinin ABŞ prezidenti Obamanın Ukraynadakı vəziyyətin diplomatik cəhdlərlə həll edilməsini istədiyi və bu məqsədlə əlaqələrin davam etdirilməsi mövzusunda fikir birliyinin əldə olunduğu qeyd edilib.Məlumatda bildirilir ki, Obama, Beynəlxalq Silah Sazişinin Rusiya tərəfindən pozulmasına görə narahatlığını dilə gətirib.