Avropa İttifaqının çoxdan gözlənilən addımı

Ukraynada baş verən hadisələrə görə Avropa İttifaqı və Rusiya arasında yaşanan gərginliklə bağlı Brüssel çoxdan gözlənilən addımı atıb.

74429
Avropa İttifaqının çoxdan gözlənilən addımı

Ukraynada baş verən hadisələrə görə Avropa Birliyi və Rusiya arasında yaşanan gərginliklə bağlı Brüssel çoxdan gözlənilən addımı atıb.
İttifaq üzvləri Rusiyaya qarşı iqtisadi sanksiyaların 3-cü mərhələsinə keçmək qərarı alıb.
Sanksiyalar Rusiyanın neft və müdafiə sənayesini, həmçinin bankçılıq sahəsini əhatə edir.
Bununla da Ukraynada vurulan Malayziya hava yollarına məxsus təyyarədə yüzlərlə vətəndaşını itirən Avropa İttifaqı rəsmi Moskvaya qarşı ən ciddi addımlar atıb.
Ukraynada yaşananların arxasında dayananlara qarşı sanksiyaları addım-addım artıran Avropa İttifaqı sonuncu iqtisadi sanksiyalar mərhələsinə keçib.
Yeni sanksiya qərarı Rusiya dövlət banklarının Avropadakı sərmayə bazarına daxil olmasını qarşısını alacaq.
Putinin rəhbərlik etdiyi bankların hədəfə alınmasıyla Rusiyanın borclanma faizinin artması və bazardakı namüəyyənlik sayəsində beynəlxalq investorların bu ölkəyə güvənini azaltmağa yönəlib.
Son sanksiya dalğası Avropadan Rusiyaya dəqiq texnologiyaların idxalını da qadağan edib. Lakin Avrpanın rəsmi Moskvadan ən böyük asılılığı olan qaz məsələsinə toxunulmayıb.
Müdafiə sənayesinə yönələn sanksiyalar isə gələcək anlaşmalara aid olduğundan Fransanın Rusiyaya satdığı hərbi gəmilərin təhvilindǝ problemlərin olacağı gözlənilmir. Sanksiyaların keçmiş anlaşmaları əhatə etməməsi Rusiyanın təhdidini yaxından hiss edən Baltik ölkələrini dərindən təəssüfləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr